Cümə axşamı, 04.25.2024, 10:18 PMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 2 » Ağac qiranlar haqqinda
8:58 AM
Ağac qiranlar haqqinda

Heydər əliyev 

<STRONG><FONT color="#808000"> Mətbuat üçün açıqlama: "Oğuz-Qəbələ-Bakı” su kəmərinin tikintisinin icrasının monitorinqini aparan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı tikinti zamanı ətraf mühitə təsirlə bağlı yol verilən qanun pozuntularından narahat olduğunu bildirir </FONT></STRONG>
Mətbuat üçün açıqlama: "Oğuz-Qəbələ-Bakı” su kəmərinin tikintisinin icrasının monitorinqini aparan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı tikinti zamanı ətraf mühitə təsirlə bağlı yol verilən qanun pozuntularından narahat olduğunu bildirir
Belə ki, su kəmərinin tikintisi zamanı torpağa dəyəcək əsas mənfi təsirlərin yumşaldılması ilə bağlı müəyyən tədbirlər görülməli idi. Tikinti işlərindən öncə torpaq quruluşuna dəyəcək mənfi təsirlərin qarşısını almaq məqsədilə tikinti zolağı daxilindəki torpağın üst qatı kənarlaşdırılmalı və torpağın mineral alt qatından kənar saxlanmalıdır. Amma monitorinq zamani aşkar olmuşdur ki, torpağln münbit qatı kənarlaşdırılmır, və xəndəklərə doldurulur. Bu isə torpağın munbit gatinin itməsinə səbəb olur.

Tikinti işləri ərzində potensial arxeoloji dəyərə malik hər hansı tapıntılara rast gəlinərsə, tikinti prosesi dərhal dayandırılmalı və tarixi ərazilərin və mədəniyyətlərin qorunması ilə əlaqədar səlahiyyətli orqanların mütəxəssisi ilə məsləhətləşmələr aparılmalı idi. Bu prosedura dair ətraflı məlumat podratçı tərəfindən Ətraf Mühit Üzrə Fəaliyyət Planına daxil edilməli idi. Müşahidələr isə göstərir ki, podratçı tərəfinlən belə bir plan təstiq edilməyib.

Tikinti sahəsində toz və səs, və eləcə də qəza hallarının yerli sakinlər və işçilərin səhhətinə vuracağı ziyanlarla əlaqədar məlumatlar Podratçı tərəfindən hazırlanacaq Səhiyyə və Təhlükəsizlik Planında öz əksini tapmalıdır. Sərmayəçinin adından həmin sənəddə göstərilmiş vəSifarişçi tərəfindən təsdiq edilmiş qaydalar və nəticələrə ciddi şəkildə əməl edilməlidir. Bura digər tədbirlərlə yanaşı müvafiq nişanların qoyulması, torpaq yollarda quru havada həddən artıq tozun yaranmasının qarşısının alınması üçün yolların sulanması, yaşayış yerlərinin yaxınlığında yük maşınlarının lazımsız hərəkətinin qarşısının alınması daxildir. Amma bütün bu tədbirlər tikinti zamanı həyata keçirilməyib.

Tikinti prosesinin ağaclara zərər vuracaq və ya onları məhv edəcək ən geniş yayılmış təsiri torpağın preslənməsidir. Böyümək və oksigen, su və qidalandırıcı maddələri əldə etmək üçün ağacların köklərinə xırdalana bilən, yaxşı-aerasiyaya malik torpaq lazımdır. Bu səbəbdən də, ağacların yaxınlığında mümkün olan yerlərdə torpağın preslənməsinin qarşısını almaq,tənha ağacların ətrafından dolanıb keçmək lazım idı. Ağac sıralarını və ya təbii çəpərlərdən keçmək lazım gələrsə, keçid mümkün olan yerlərdə, artıq mövcud olan boşluqlardan aparılmalı idı. Bu, meşə strukturlarının xüsusi ekoloji dəyər kəsb etdiyi ərazilərdəki çay keçidləri üçün xüsusilə doğrudur. Göyçay çayı vadisindəki tuğay meşələrinin ekoloji dəyərini saxlamaq məqsədilə, onlara daxil olmadan keçmək vacib olsa da bu qaydalara riayət olunmayıb.

Ən əsası Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi tərəfindən "Azərsu” Açıq tipli Səhmdar Cəmiyyətindən Ətraf Mühitin Qiymətləndirilməsi Sənədinin tələb edilməsinə baxmayaraq həmin sənəd tam həcmdə təşkilata verilməyib və yalnız onun 1 fəsli təqdim olunubdur. Monitorinq nəticəsində bu sənədin Ekologiya və Təbii sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmədiyi , amma buna baxmayaraq artıq 1 ildən çoxdur ki, tikinti işlərinin aparıldığı bəlli olub. Bu da ölkə qanunvericiliyinin ciddi pozulmasıdır və ORXUS konvensiyasına ziddir.

Yerli əhali ilə söhbətdən də bəlli olub ki, podratçılar Ətraf mühitə təsir planı ilə əlaqəli əhali ilə söhbətlər aparmayıb və su kəmərinin ətraf mühitə edə biləcəyi təsir barədə onları maarifləndirməyiblər.

Azərsu ATSC təqdim etdiyi hesablamalara görə,tikinti altına ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin Dövlət Meşə fondundan çıxmamaq şərti ilə daimi istifadəyə verilməsi nəticəsində;

  • Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi(MMBM) ərazisindən ayrılacaq 6,59 ha torpaq sahəsinin 10331,09 man

  • Qəbələ MMBM ərazisindən ayrılacaq 0,17 ha torpaq sahəsinin 851,69 man

  • Oğuz MMBM ərazisindən ayrılacaq 1077,47 ha torpaq sahəsinin-5680839,75 man

  • İsmayıllı MMBM ərazisindən ayrılacaq 31,0 ha torpaq sahəsinə 44946 man ziyan dəyəcəyi və bunun ödəniləcəyi qeyd olunub

Bu rəqəmlər 2006-cı ildə hesablandığından onlara təzədən baxmalı və infilyasiya nəzərə alınmalı idi.Amma Azərsu bunu nəzərdə tutumayıb.

Monitorinq zamanı məlum oldu ki,meşə zolağına dəyən ziyan ödənilməyib və yeni ağaclar əkilməyib.

Xatırladaq ki, Bakı –Oğuz-Qəbələ su kəməri ı Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşir (layihə başlanandan 01 may 2008-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələhdirilməsinə ümumilikdə 246,7 milyon manat vəsait ayrılmışdır ) və kəmərin uzunluğu 260 km ( Azərsu SC –dən verilən məlumata əsasən layihə başlanandan 04.07.2008 tarixinə 150 km-ə yaxın uzunluqda boru quraşdırılmışdır) təşkil edir.

Layihə çərçivəsində təxminən 5300 hektar torpaq sahəsi ayrılmışdır ki, bunun da 2,395.65 hektarı şəxsi mülkiyyətin payına düşür .

"Azərsu” Açıq Tipli Səhmdar Cəmiyyətinin verdiyi məlumata görə, su kəməri ölkənin 8 rayonu ərazisindən keçir. Oğuz rayonunda kəmər 2131 , Gəbələdə - 278, Göyçayda - 307, İsmayıllıda - 247, Ağsuda - 546, Şamaxıda - 151, Hacıqabulda - 314 mülkiyyətçinin torpağından keçir. Səkkizinci olan Abşeron rayonu ərazisində isə kəmər xüsusi mülkiyyətə aid olan torpaqlardan keçmir. Oğuz rayonu ərazisində kəmər altına düşən torpaqlar 2,021,09 ha , Qəbələdə - 93,60 ha, Göyçayda - 21,06 ha, İsmayıllıda - 58,87 ha, Ağsuda -102,24 ha, Şamaxıda – 40,69 ha, Hacıqabulda - 28,10 hektar ərazidən keçir.

Views: 568 | Added by: djoruc | Tags: Memmedov Mehman | Rating: 0.0/0
Total comments: 1
1 MEQO  
0
Oruc Təbrik edirəm. Əla tekstdir.

Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2024 | Create a free website with uCoz