Cümə, 04.19.2024, 5:16 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 11 » 2009–cu ildə ətraf mühitin mühafizəsinə nəzarət sahəsində görülən işlər haqqında
3:29 PM
2009–cu ildə ətraf mühitin mühafizəsinə nəzarət sahəsində görülən işlər haqqında


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 3075 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 869 icrası məcburi olan göstəriş verilmişdir. 
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 885 iş üzrə 1546401,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 268039,66 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 706 iş üzrə 2211844,72 manat məbləğində iddia qaldırılmış, ondan 78143,69 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 3841 iş üzrə 814500,49 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 543402,43 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 96 işdən 38-nə, məhkəmələrə göndərilmiş 149 işdən 101-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 559 işdən 79-na baxılaraq müvafiq tədbir görülmüşdür. 4 obyektin fəaliyyəti dayandırılmışdır.
Su ehtiyatlarının mühafizəsi üzrə 267 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 120 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 71 iş üzrə 175430 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 34410,58 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 114450 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 644 iş üzrə 408436,47 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 158934,66 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına və məhkəməyə göndərilmiş 5 işə, məhkəməyə göndərilmiş 1 işə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 50 işdən 17-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 3 obyektin fəaliyyəti dayandırılmışdır.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 695 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 333 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntularına yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 111 iş üzrə 276665 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 70322,5 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 42 iş üzrə 15657 manat məbləğində iddia qaldırılmış və ondan 2166 manatın ödənişi həyata keçirilmişdir. 1996 iş üzrə 223414,1 manat məbləğində ödəmə verilmiş və ondan 210002 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 2 işə və hüquq mühafizə orqanlarına göndərilmiş 1 işə baxılmamış, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 61 işdən 21-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 1 obyektin fəaliyyəti dayandırılmışdır. 
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 106 akt və protokol tərtib olunmuşdur. Çatışmazlıqların aradan qaldırılması üçün 12 icrası məcburi olan "məcburi göstəriş” verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 27 iş üzrə 30592 manat məbləğində cərimə tətbiq edilmiş və ondan 3801,63 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 167954 manat məbləğində iddia qaldırılmış və bu məbləğin 2405 manatı ödənilmişdir. 91 iş üzrə 15344 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə baxılmamış, məhkəmələrə göndərilmiş 2 işə, eləcə də Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 8 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 301 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 19 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 177 iş üzrə 246472 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 45608,5 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 169 iş üzrə 1740641,89 manat məbləğində iddia qaldırılmış, ondan 8806 manatın ödənilməsi təmin edilmişdir. 57 iş üzrə 21203 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 19295 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 7 işə baxılmamış, məhkəmələrə göndərilmiş 6 işdən (ötən ildən qalanla) 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 130 işdən 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 757 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 328 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 223 iş üzrə 582230 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 55136,79 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 32 iş üzrə 1721 manat məbləğində iddia qaldırılmış, ondan (əvvəlki ildən qalan borc da daxil olmaqla) 1871 manatın ödənilməsi təmin edilmişdir. 1052 iş üzrə 146002,92 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 139726,77 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 61 işdən 14-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 787 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 57 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 193 iş üzrə 173553,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 44776,66 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 328 iş üzrə 124031,83 manat məbləğində iddia qaldırılmış, ondan 49519,89 manatın ödənilməsi təmin olunmuşdur. 1 iş üzrə 100 manat məbləğində ödəmə tətbiq olunmuş və ödənilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 48 işdən 2-nə, məhkəmələrə göndərilmiş 31 işdən 9-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 124 işdən 6-na baxılaraq müvafiq tədbir görülmüşdür. 
Faunanın mühafizəsi üzrə 79 akt və protokol tərtib olunmuş, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 62 iş üzrə 48095 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 13983 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 75 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə baxılmamış, məhkəmələrə göndərilmiş 5 işdən 2-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 25 işdən 13-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 83 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 26 iş üzrə 13364 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 102 iş üzrə 47314 manat məbləğində iddia qaldırılmış, ondan 12985 manatın ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 31 işə, məhkəmələrə göndərilmiş 102 işdən 71-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Views: 503 | Added by: MEQO | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2024 | Create a free website with uCoz