Təbiəti mühafizə - 11 March 2010 - Aliyev ve ekologiya
Şənbə, 12.03.2016, 9:42 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 11 » Təbiəti mühafizə
3:50 PM
Təbiəti mühafizə
Su ehtiyatlarının mühafizəsi üzrə 211 akt və 56 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 120 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 71 iş üzrə 175430,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 114450,0 manat məbləğində iddia qaldırılmış, idarə və müəssisələrə 644 iş üzrə 408436,47 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 5 işə, məhkəməyə göndərilmiş 1 işə və MN və Mİ-na göndərilmiş 50 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür. 
Atmosfer havasının mühafizəsi üzrə 568 akt və 127 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 333 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 111 iş üzrə 276665,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 42 iş üzrə 15657,0 manat məbləğində iddia qaldırılmış, 1996 iş üzrə 223414,1 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün MN və Mİ göndərilmiş 61 işdən 21-nə baxılaraq müvafiq tədbir görülmüşdür. Məhkəməyə göndərilmiş 2 işə və hüquq mühafizə orqanlarına göndərilmiş 1 işə baxılmamışdır. 
Torpağın mühafizəsi üzrə 80 akt və 26 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 12 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 27 iş üzrə 30592,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 167954,0 manat məbləğində iddia qaldırılmış, 91 iş üzrə 15344,0 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə baxılmamışdır. MN və Mİ-na göndərilmiş 8 işdən 1-nə və məhkəməyə göndərilmiş 2 işə baxılaraq müvafiq tədbir görülmüşdür.
Yerin təkinin mühafizəsi üzrə 210 akt və 91 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 19 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 172 iş üzrə 246472,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 169 iş üzrə 1740641,89 manat məbləğində iddia qaldırılmış, 57 iş üzrə 21203,0 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 7 işə baxılmamış, məhkəmələrə göndərilmiş 6 işə və əvvəlki ildən qalmış 2 işə, MN və Mİ göndərilmiş 130 işdən 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 
Tullantıların idarə olunması üzrə 524 akt və 233 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 328 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 223 iş üzrə 582230,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 32 iş üzrə 1721,0 manat məbləğində iddia qaldırılmış, 1052 iş üzrə 146002,92 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işə və ötən ildən qalan 7 işə, MN və Mİ göndərilmiş 161 işdən 14-nə baxılaraq müvafiq tədbir görülmüşdür.  
Floranın mühafizəsi üzrə 585 akt və 202 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 57 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 193 iş üzrə 173553,6 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 328 iş üzrə 124031,83 manat məbləğində iddia qaldırılmış, 1 iş üzrə 100,0 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 48 işdən 2-nə, məhkəmələrə göndərilmiş 31 işdən 9-na, MN və Mİ göndərilmiş 124 işdən 6-na baxılaraq müvafiq tədbir görülmüşdür. 

Faunanın mühafizəsi üzrə 21 akt və 58 protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 62 iş üzrə 48095,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 75,0 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə baxılmamış, məhkəmələrə göndərilmiş 5 işdən 2-nə, MN və Mİ göndərilmiş 25 işdən 13-nə baxılaraq müvafiq tədbir görülmüşdür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən

Views: 274 | Added by: MEQO | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2016 | Create a free website with uCoz