Azərbaycanın və Cənubi Koreyanın nazirlikləri ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələsini müzakirə ediblər - 12 March 2010 - Aliyev ve ekologiya
Şənbə, 12.03.2016, 9:43 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 12 » Azərbaycanın və Cənubi Koreyanın nazirlikləri ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələsini müzakirə ediblər
11:08 AM
Azərbaycanın və Cənubi Koreyanın nazirlikləri ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələsini müzakirə ediblər
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində Cənubi Koreyanın Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Cənubi Koreya naziri Jong Hvan Çunq və onun başçılıq nümayəndə heyəti ilə görüşdə Azərbaycanda ətraf mühitin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə koreyalı mütəxəssislərlə birgə müəyyən olunmuş layihələrin mərhələlərlə bir neçə il müddətində həyata keçirilməsi nəzərdə tutulub", - cümə axşamı Trend News-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Cənubi Koreyanın Ətraf Mühit Nazirliyi arasında 2008-ci il mayın 19-da "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu" imzalandıqdan sonra, "Azərbaycanda ətraf mühitinin idarə olunması üzrə baş plan" hazırlanıb. "Bu müddət ərzində Cənubi Koreya nümayəndələri dəfələrlə Azərbaycanda səfərdə olub, iki ölkənin mütəxəssisləri "Azərbaycanda ətraf mühitin idarə olunması üzrə baş plan"ın komponentlərini, eyni zamanda, Cənubi Koreya ilə əməkdaşlıq üzrə Azərbaycanda baş plan çərçivəsində həyata keçirilməsi məqsədəuyğun hesab edilən layihə təkliflərini müzakirə ediblər", - məlumatda vurğulanır.

Bu müzakirələrin nəticəsi olaraq prioritet istiqamətlər üzrə ilk öncə həyata keçirilmək üçün "Təmizlənmiş çırkab suların yaşıllıqların suvarılmasında təkrar istifadəsi", "Qobustanda bərk məişət tullantıları poliqonunun inşası", "Ekoloji mühitin avtomatlaşdırılmış monitorinq sisteminin qurulması" layihələri seçilib. Bu layihələrin reallaşmasında, müasir tələblərə cavab verən ətraf mühit texnologiyalarının ölkəmizdə tətbiq edilməsində Cənubi Koreyanın böyük dəstəyi olacaq.



Azərbaycan, Bakı, 11 mart /Trend News, müxbir A.Hüseynbala/

<www.trend.az>

Views: 415 | Added by: kovboy555 | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2016 | Create a free website with uCoz