2009-cu il üzrə ETSN-in Beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə məlumat - 12 March 2010 - Aliyev ve ekologiya
Şənbə, 12.03.2016, 9:43 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 12 » 2009-cu il üzrə ETSN-in Beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə məlumat
11:11 AM
2009-cu il üzrə ETSN-in Beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə məlumat

  Məlumat üçün bildiririk ki, 2009-cu ilin 25-28 iyun tarixlərində Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” imzalanmışdır.
  Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 iyun tarixli 330 nömrəli Sərəncamına əsasən 2009-cu ilin 17 iyul tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) arasında "Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq” haqqında Anlaşma Memorandumu imzalanamışdır.
  Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 436 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikası Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu” 2009-cu il 14 sentyabr tarixində Bakı şəhərində, 2009-cu il 16 sentyabr tarixində isə Seul şəhərində imzalanmışdır. 
  Həmçinin Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suriya Ərəb Respublikasının Ətraf Mühit Məsələləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmaq üçün müvafiq dövlətdaxili prosedurlardan keçmək məqsədilə AR Nazirlər Kabinetinə təqdim edilmişdir. 
  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 117 nömrəli Sərəncamına əsasən AR Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilmiş və bu məqsədlə 2009-cu il 26 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilmiş və iclasın yekunu olaraq protokol imzalanmışdır. 
  "Avropa Landşaft Konvensiyası”nın mətni dövlət dilinə tərcümə edilmiş və rəsmi mətnə uyğunluğunun təsdiq edilmiş variantı Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi üzrə prosedurlar həyata keçirilir. 

  Eyni zamanda QEF, UNİDO, UNEP, USAİD, NATO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatları ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilir.

www.eco.gov.az

Views: 411 | Added by: djoruc | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2016 | Create a free website with uCoz