Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır.
Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam
başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya
miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.
Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr
Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu
bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri -
mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların
arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan
çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi
hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib
olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.
Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.
Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd,
fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin
müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük
qurşaqlarından və digər şəraitdən asılıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.
Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə
olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının
yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü,
meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını,
meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin
həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd
təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin
edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su
saxlayıcı, mühit təmizləyəci, sanitar gigiyenik və digər faydalı
funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir,
ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya
əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji
müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin
qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun
saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir.
Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə
Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional
Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı
Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət
göstərir.
Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq
Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı
yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli
genişləndirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il
tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə
orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa
edilməsinə və artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq
üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji
cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və
əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və
biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında,
dərə və yarğanlarda çay məjralarında eroziyaya uğramasının, dağətəyi və
düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli
Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin.
Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair"
hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18
fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq
edilmişdir.
Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə)
69700 ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin
mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq
Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin
yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və magistral yollarının
ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə
massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır.
Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların
salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə
tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).
Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər
bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası
Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına
uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış
və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000-2001-ci ildə
yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq
olaraq 1,6-1,9 dəfə çoxdur.
Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.
Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd,
2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu
2000-2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq
olaraq 2-5 dəfə çox olmuşdur.
Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000
hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə
çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati
tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı
yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii
bərpaya kömək tədbirləri aparılmışdır.
2005-ji ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500
hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa
tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin
salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35
mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu
göstərijilər 2000-2001-ji ilin göstərijilərindən meşəbərpa tədbirləri
üzrə 2-2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə
çoxdur.
«Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram»ın
tələblərinə uyğun olaraq 2006-jı ildə meşəbərpa tədbirlərinin
plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda
bu istiqamətdə işlər davam etdirilir.
Göstərilənlərlə yanaşı meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur.
Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına
qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa
prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə
vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür
meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir.
<www.Azerbaijan.az>