Xəzər Dənizinin Problemləri - 12 March 2010 - Aliyev ve ekologiya
Şənbə, 12.03.2016, 9:42 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 12 » Xəzər Dənizinin Problemləri
6:21 PM
Xəzər Dənizinin Problemləri
XƏZƏR DƏNİZİNİN PROBLEMLƏRİ


Ekoloji problem (şərait)

Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışıdr. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar. 1) Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, 2) Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, 3) Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, 4) Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə. Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. tonn neft məhsulları gətirilir və bunun 95% Volqa çayının payına düşür. Xəzərətrafı ölkələr arasında dənizin mühafizəsi üçün yekdil saziş olmadığından brakonyerlik vüsət almışıdır. Çirklənmənin və brakonyerliyin artması, Xəzər ətrafındakı balıqartırma zavodlarının əvvəlki güclə işləməməsi dənizdə bir çox növlərin, xüsusən nərə balığının ehtiyatının tükənməsi problemini yaratmışdır.

Səviyyəsinin dəyişməsi problemi

Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaratmışdır. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o çümlədən limanların, yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır. Məsələn, 1978-1995-ci illərdə səviyənin 2,5 m qalxmasından Azərbaycan sahil zonasında "ekoloji qaçqınlar" yaranmışdır. Səviyyənin bu qalxmasından Azərbaycana birbaşa dəyən zianın miqdarı 2 milyard ABŞ dollarıdır.

Status problemi

Əvvəllər Xəzər dənizi iki dövlətin sərhədlərində yerləşmişdir. 1991-ci ildə SSRİ-nin dağılması Xəzər ətrafında beş müstəqil dövlət və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi. Yeni geosiyasi şəraitlə əlaqədər Xəzərin statusu problemi meydana gəldi. Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu problem hələ də həll olunmamış qalır. Azərbaycan Respubliksının fikrincə Xəzər beynəlxalq daxili göldür və onun suları mediana prinsipi ilə beş sektora bölünməlidr. Qazaxıstanın fikrincə Xəzər beynəlxalq daxili dənizdir (təqribən Rusiya Federasiyasının fikri də belədir) və onun dibi mediana boyunca sektorlara bölünməlidir. Su qatının bölünməsi üçün bu iki dövlət başqa təkliflər verirlər. İran İslam Respublikası əvvələr dənizə müştərək sahiblik, yəni kondominium variantını təklif edirdi. Son vaxtlar İran tərəfi dənizi 20%-lə beş sahil dövləti arasında bölməyi təklif edir. Bu təklifin elmi və siyasi əsası yoxdur, dünya təcrübəsində heç vaxt tətbiq olunmamışdır.

Seysmik şərait

Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləmişdir. 1895-ci ildə Krasnovodskda Rixter şkalası ilə 8,2 (12 ballıq şkala ilə11-12) ball güçündə zəlzələ baş vermişdir. Mətəxəssislərin fikirincə intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitaların hərəkitini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir. Bunlardan əlavə Xəzərdə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Palçıq vulkanlarının ən çox sayı Bakı arxipelaqı rayonundadır. Burada ada və sayların çoxu vulkan mənşəlidir.



<www.Azerbaijan.az>

Views: 1163 | Added by: kovboy555 | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2016 | Create a free website with uCoz