Şənbə, 04.20.2024, 1:04 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Main » Xəbər arxivi

Heydər əliyev 

<STRONG><FONT color="#808000"> Mətbuat üçün açıqlama: "Oğuz-Qəbələ-Bakı” su kəmərinin tikintisinin icrasının monitorinqini aparan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı tikinti zamanı ətraf mühitə təsirlə bağlı yol verilən qanun pozuntularından narahat olduğunu bildirir </FONT></STRONG>
Mətbuat üçün açıqlama: "Oğuz-Qəbələ-Bakı” su kəmərinin tikintisinin icrasının monitorinqini aparan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı tikinti zamanı ətraf mühitə təsirlə bağlı yol verilən qanun pozuntularından narahat olduğunu bildirir ... Ardını oxu
Views: 566 | Added by: djoruc | Date: 03.02.2010 | Comments (1)

   «Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir».

Fevralın 18-də ekoloji məsələlərə həsr olunmuş iclasda prezident İlham Əliyev belə deyib.

Prezident bildirib ki, lazımi tədbirlər görülərsə, bu məsələnin həllinə nail ola bilərik: «Hesab edirəm ki, vacib olan məsələlərdən biri Azərbaycanda heç vaxt sınaqdan keçməmişdir. Ancaq biz nə vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir. Bu təcrübə başqa ölkələrdə vardır. Yaxın Şərq ölkələrində bu təcrübədən geniş şəkildə istifadə edilir. Biz bu gözəl təcrübəni tətbiq etməliyik».

Prezident deyib ki, bu, bahalı layihədir, ancaq insanların sağlamlığı, ekoloji və su təhlük ... Ardını oxu
Attachments: Şəkil 1
Views: 634 | Added by: MEQO | Date: 02.27.2010 | Comments (0)


  Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir. Vladimir PUTİN, Rusiya Federasiyasının prezidenti.
 
 
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, m ... Ardını oxu
Views: 697 | Added by: MEQO | Date: 02.26.2010 | Comments (1)

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkiş ... Ardını oxu

Views: 619 | Added by: kovboy555 | Date: 02.25.2010 | Comments (1)

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Univers ... Ardını oxu
Views: 511 | Added by: kovboy555 | Date: 02.25.2010 | Comments (3)

« 1 2 3
Copyright MAHOP © 2024 | Create a free website with uCoz