Azərbaycanın şimalında qanunsuz balıq ovu faktı aşkarlanıb - 5 March 2010 - Aliyev ve ekologiya
Şənbə, 12.03.2016, 9:42 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 5 » Azərbaycanın şimalında qanunsuz balıq ovu faktı aşkarlanıb
8:50 AM
Azərbaycanın şimalında qanunsuz balıq ovu faktı aşkarlanıb
Azərbaycanın şimalında qanunsuz balıq ovu faktı aşkarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) əməkdaşları tərəfindən Siyəzən rayonu ərazisində nərəcinsli balıqların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə operativ reyd keçirilib.
Reyd zamanı Bakı-Quba magistral yolunun Siyəzən rayonu ərazisində 40 BG 086 dövlət nömrə nişanlı "VAZ 001" markalı avtomobilə baxış keçirilərkən 16 ədəd nərə, 1 ədəd nərəcinsli uzunburun və 50 BN 951 dövlət nömrə nişanlı "Moskviç" markalı maşında isə 11 ədəd nərə, 2 ədəd nərəcinsli uzunburun balıq aşkar edilib.
Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunub və qanunsuz ovlanmış 30 ədəd balıq götürülərək orqanoleptik müayinə olunması üçün Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. Müayinə olunmuş balıqların uzun müddət yüksək temperaturda saxlanıldığı üçün istifadəyə yararsız olduğu müəyyən edilib.
Təbiətə dəymiş 6300 manat ziyanın ödənilməsinin təmin olunması və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nazirlik tərəfindən Siyəzən rayon polis şöbəsinə müraciət olunub.Sözügedən ərazi Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

Azərbaycan, Bakı, 4 mart /Trend News, müxbir K.Zərbalıyeva/

<trend.az> 

Views: 412 | Added by: kovboy555 | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2016 | Create a free website with uCoz