12 March 2010 - Aliyev ve ekologiya
Bazar, 12.21.2014, 7:42 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Statistika


Cəmi onlaynI 0
Qonaqlar: 0
İstifadəçilər: 0
Main » 2010 » Mart » 12
XƏZƏR DƏNİZİNİN PROBLEMLƏRİ


Ekoloji problem (şərait)

Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışıdr. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar. 1) Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, 2) Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, 3) Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, 4) Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən ... Ardını oxu

Views: 539 | Added by: kovboy555 | Date: 03.12.2010 | Comments (1)

BİOLOJİ MÜXTƏLİFLİK

Bioloji müxtəliflik - yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.

Respublika ərazisində faunanın 18 m... Ardını oxu

Views: 295 | Added by: kovboy555 | Date: 03.12.2010 | Comments (0)

MEŞƏLƏR

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri - mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiə... Ardını oxu

Views: 308 | Added by: kovboy555 | Date: 03.12.2010 | Comments (0)

MİLLİ PARKLAR

Milli Parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Adı: Hirkan Milli Parkı
Yaradıcılığı il: 2004
Sahə (hektar): 21435
Olduğu ... Ardını oxu

Views: 372 | Added by: kovboy555 | Date: 03.12.2010 | Comments (1)

DÖVLƏT TƏBİƏT YASAQLIQLARI

Adı: Bərdə Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1966
Sahə(hektar):7,500
Olduğu yer: Bərdə və Ağdaş
Qısa məlumat: Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan ... Ardını oxu

Views: 269 | Added by: kovboy555 | Date: 03.12.2010 | Comments (0)

DÖVLƏT QORUQLARI

Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu

Yaradıcılığı il: 1974

Sahə (hektar):107

Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində

Qısa məlumat:Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri... Ardını oxu

Views: 2134 | Added by: kovboy555 | Date: 03.12.2010 | Comments (2)


  Məlumat üçün bildiririk ki, 2009-cu ilin 25-28 iyun tarixlərində Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” imzalanmışdır.
  Bundan əlavə Azərbaycan Respublikası Prezide... Ardını oxu
Views: 246 | Added by: djoruc | Date: 03.12.2010 | Comments (0)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində Cənubi Koreyanın Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Cənubi Koreya naziri Jong Hvan Çunq və onun başçılıq nümayəndə heyəti ilə görüşdə Azərbaycanda ətraf mühi... Ardını oxu
Views: 238 | Added by: kovboy555 | Date: 03.12.2010 | Comments (0)

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. 

Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 4... Ardını oxu
Views: 255 | Added by: MEQO | Date: 03.12.2010 | Comments (0)



Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur. 

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.

Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.

Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasın... Ardını oxu
Views: 473 | Added by: MEQO | Date: 03.12.2010 | Comments (0)

 

Azərbaycan Respublikası  zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün  Respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar,  atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması,  torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s.

 

1992-ci ildə Birləşmiş Millətlə... Ardını oxu

Views: 199 | Added by: MEQO | Date: 03.12.2010 | Comments (0)

Copyright MAHOP © 2014 | Create a free website with uCoz