Dövlət Proqramları - 12 March 2010 - Aliyev ve ekologiya
Şənbə, 12.03.2016, 9:43 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 12 » Dövlət Proqramları
8:23 AM
Dövlət Proqramları
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. 

Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir. 

Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilsin. 
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 15 sentyabr 2008-ci il.

Yüklə (Dövlət Proqramı) 

Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı
Dövlət Proqramının (2003-2006-cı illər) təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Ölkənin tikinti materialları ehtiyatlarından, o cümlədən Abşeron yarımadasında yerləşən təbii daş yataqlarından istifadənin səmərəsini artırmaq və bu sahənin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:
1. Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı (2003-2006-cı illər) təsdiq edilsin (əlavə olunur). 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 13 iyun 2003-cü il
N 1242 

Yüklə (Dövlət Proqramı) 

Azərbaycan Respublikasında hidrometeorologiyanın 
inkişaf Proqramı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Ölkədə davamlı iqtisadi inkişafa nail olunmasında əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı" təsdiq edilsin (əlavə olunur). 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci bəndi ilə təsdiq olunan Proqramın icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsünlər. 
3. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir. 

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 yanvar 2004-cü il 
N 62 

Yüklə (Dövlət Proqramı) 

"Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması
və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycan Respublikasında kənd təsərrüfatına yararlı torpaqların, o cümlədən təbii otlaq və biçənək sahələrinin, habelə heyvandarlıqda istifadə olunan yemin strukturunda sənaye üsulu ilə hazırlanmış yüksək qidalı konsentratların az olması təbii yem sahələrinin normadan artıq yüklənməsinə, onların nəzarətsiz istismarı nəticəsində torpaqların eroziyaya uğramasına və şoranlaşmasına səbəb olur, ölkənin meşə fonduna, su ehtiyatlarına və bütövlükdə ətraf mühitə ciddi ziyan vurur.
Ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək, yay-qış otlaqlarının və biçənəklərin mühafizəsini gücləndirmək, onlardan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək məqsədilə qərara alıram:
1. 1. Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).
2. 2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
3. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. 4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2004-cü il
N 222

Views: 417 | Added by: MEQO | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2016 | Create a free website with uCoz