2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş işlər barədə - 11 March 2010 - Aliyev ve ekologiya
Şənbə, 12.03.2016, 9:42 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 11 » 2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş işlər barədə
3:46 PM
2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş işlər barədə
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi Respublikada aparılan sosial iqtisadi islahatların tərkib hissələrindən biridir.
Ölkə rəhbərliyinin daim ekologiya ilə əlaqədar məsələləri diqqət mərkəzində saxlaması, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesabat dövründə ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, əlavə ekoloji problemlərin yaranmasının qarşısını almaq və baş vermiş nöqsanların operativ həll olunmasını təmin etmək məqsədilə bir sıra işlər həyata keçirilmişdir.
Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətdə ardıcıl tədbirlər görülür.
Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, "Hidrometeorologiyanın İnkişaf Proqramı”, "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarına əsasən yaradılmış modul tipli çirkab su təmizləyici qurğulardan ibarət "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur. 
Bu istiqamətdə 2009-cu ildə gündə 2325 m3 çirkab su təmizləmə gücünə malik 7 stansiya, ümumilikdə isə 2008-2009-cu illər ərzində gündə 6140 m3 çirkab sutəmizləmə gücünə malik 16 stansiya istismara verilmişdir.
"Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması üzrə bəzi tədbirlər haqqında” Sərancamlara əsasən mərkəzləşmiş şəkildə təmiz suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz içməli su ilə təmin edilməsi istiqamətində fəaliyyət davam etdirilir. Proqram çərçivəsində 12 rayonun 122 kəndində işlər yekunlaşmış və nəticədə 224 min əhali keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Əlavə olaraq 18 rayonun 62 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində iş gedir. Quraşdırılmış qurğulardan 60-ı 2009-cu ildə istifadəyə verilmişdir. 
"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Texniki İqtisadi Əsaslandırma hazırlanmış, Sədərək və Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərin yaşıllaşdırılması, təbii landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanmışdır.
Belə ki, keçmiş Binə Ticarət Mərkəzinin ərazisində 2009-cu ilin 24 dekabr tarixində ETSN-in 600-ə yaxın əməkdaşının iştirakı ilə keçirilmiş iməcilik zamanı 5 hektar sahədə 5000 ədəd ağac əkilmişdir. Fərəhli haldır ki, bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev xanımı ilə birgə iştirak etmişlər. Bu iməciliyn əks –sədası olaraq respublikamızın digər şəhər və qəsəbələrində də hər şənbə-bazar günləri ağac əkini tədbirlərləri keçirilir.  
Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan 56422 kubmetr civə tərkibli toksiki tullantılar 2007-2009-cu illərdə, o cümlədən 2009-cu ildə 23,5 min m3-i görülmüş tədbirlər nəticəsində Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmiş və bu proses hesabat ilinin ortalarında tamamilə başa çatdırılmışdır.
"Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamların icrası ilə əlaqədar olaraq yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolu ətrafında əvvəlki illərdə əkilmiş 172 min ədəd ağac-kollara hesabat ilində göstərilən daimi qulluq nəticədə 90 faiz bitişə nail olunmuşdur.  
Oxşar nəticələr Bakının Heydər Əliyev Hava Limanı ilə birləşdirən yollarda da əldə edilmişdir. Zığ-Heydər Əliyev Hava Limanı yolu boyu 196 hektar ərazidə mürəkkəb meşəbitmə şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş torpaqlarda salınmış əkinlərə lazımi xidmətin təmin edilməsi hesabına 80 faiz bitişə nail olunmuşdur. 
Eyni zamanda 2009-cu ilin ötən dövrü ərzində Əzizbəyov dairəsi - Heydər Əliyev Hava Limanı yolu boyu 60 min ədədə qədər müxtəlif növ ağaclar əkilmiş, 50 min m2 sahədə qazon döşənmiş və qazon toxumu səpini aparılmışdır.  
Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılmaqdadır. Bununla bağlı Abşeron yarımadasının müxtəlif ərazilərində yaşıllaşdırma məqsədilə yerlər müəyyənləşdirilmiş, Bayıl yamacı- 20-ci sahə arası, Zığ gölü - Heydər Əliyev Limanı arası ərazilərin, Zığ gölü və ətrafının, həmçinin Səngəçal ətrafının yaşıllaşdırılması layihələri hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin «Zooloji Parkın yaradılması haqqında» Sərəncamının icrası ilə əlaqədar tender keçirilmiş və müvafiq tədbirlərin görülməsi davam etdirilir.  
2009-cu il ərzində "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na 952,1 min manat, "Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondu”na 546,96 min manat, "Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi ücün yaradılan müvafiq idarələrin xüsusi Fondları”na 129,8 min manat, "Mineral –Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”na isə 11,5 min manat vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin vəsaiti üzrə demək olar ki, 2009-cu ilin büdcə vəsaiti 2007-2008-ci illər üçün büdcələrin artım sürətinə nisbətən az proqnozlaşdırılmışdır. 2009-cu ildə ekoloji layihələrin maliyyələşdirilməsi 2008-ci ilə nisbətən azalmışdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə investisiya xərcləri və ehtiyat fondu üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 30.850,0 min manat vəsait nəzərdə tutulmuşdusa, bu rəqəm 2009-cu ildə 20.435,4 min manat təşkil etmişdir ki, bundan da maliyyələşdirilmə cəmi 9.159,8 min manat olmuşdur. 
Belə ki, 2009-cu il dövlət büdcəsində «Dövlət əsaslı vəsait qoyuluşu» üçün nəzərdə tutulmuş vəsaitin obyektlər üzrə dövlət sifarişi kimi bölgüsünə əsasən "Ölkənin Kür-Araz boyu kəndlərinin əhalisinin təmiz içməli su ilə təmin edilməsi məqsədilə modul tipli sutəmizləyici sistemlərin quraşdırılması” üzrə 2.000,0 min manat, "Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində Təhlükəli Tullantıların idarə olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsi, maddi texniki bazasının gücləndirilməsi və yeni hücrənin tikintisi” ücün 1.509,8 min manat, «Cəngi kəndi ətrafında salınmış meşəliklərin suvarma suyu ilə təmin olunması üçün su tutarlarının və suvarma sistemlərinin tikintisinə» 760,0 min manat, «Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üçün inzibati bina tikintisi»nə 190,7 min manat, "Sumqayıt Səthi Aktiv Maddələr zavodunda xlorun alınmasında əmələ gəlmiş civə tərkibli tullantıların Təhlükəli Tullantı Poliqonuna daşınması və zərərsizləşdirilməsi” ücün 554,9 min manat, "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlərin həyata keçirilməsi" üçün 240,0 min manat vəsait, «Kənd rayonlarında Ətraf Mühitin Qorunması» layihəsi üçün isə 180,0 min manat vəsait nəzərdə tutulmuşdur. 
"Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Ehtiyat Fondundan ayrılmış 5.000,0 min manat vəsait hesabına Əzizbəyov dairəsi H.Əliyev adına hava lımanına gedən magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması üçün ağac, kol, güllərin alınıb əkilməsi, suvarma sistemlərinin qurulması və s. işlər aparılmışdır.
"Əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə həmin çayların sahilboyunca yerləşən rayonların əlavə 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 10.000,0 min manat vəsait nəzərdə tutulmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən su ehtiyatlarının, atmosfer havasının, torpağın, yerin təkinin, flora və faunanın mühafizəsi, tullantıların idarə olunması üzrə hesabat dövrü ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2227 akt və 848 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 869 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 885 iş üzrə 1.546,4 min manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 706 iş üzrə 2.211,8 min manat məbləğində iddia qaldırılmış, idarə və müəssisələrə 3841 iş üzrə 814.500,4 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 96 işdən 38-nə, məhkəmələrə göndərilmiş 149 işdən 101-nə, MN və Mİ-na (Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları) göndərilmiş 559 işdən 79-na baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
Views: 298 | Added by: MEQO | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2016 | Create a free website with uCoz