Cümə axşamı, 04.25.2024, 3:09 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 11 » Azərbaycanda qanunsuz çöl quşlarının satışı ilə bağlı reydlər keçirilib
9:10 AM
Azərbaycanda qanunsuz çöl quşlarının satışı ilə bağlı reydlər keçirilib
Cümə günü nazirliyin mətbuat xidmətindən Trend News-a bildiriblər ki, Qızılağac Dövlət Təbiət Qoruğunun yasaqlıq sahəsi sayılan Kiçik Körfəz ərazisində aparılan reyd zamanı qoruğun əməkdaşları tərəfindən 8 ədəd ov silahı, 130 patron, 1 ədəd motorlu qayıq, 97 ədəd axçalı balıq toru və qanunsuz yolla ovlanmış 10 baş qu quşu brakonyerlərdən götürülərək qanunamüvafiq qaydada sənədləşdirilib.
Lənkəran rayonu Qumbaşı kənd ərazisində 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə yerli polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı qanunsuz yolla əldə edilmiş çöl quşları satan vətəndaşlardan 36 baş qaşqaldaq quşu götürülüb və barələrində akt tərtib olunub. Həmin quşlar Lənkəran rayon Baytarlıq Xidmətində müayinə edildikdən sonra yandırılıb.

Sarısu, Şərbət Qobu və Zəvvar ovçuluq təsərrüfatlarında keçirilən reyd zamanı qanunsuz ov edən vətəndaşlardan 4 ədəd ov silahı, qamışlıq ərazidən isə sahibsiz 14 ədəd brakonyer qayığı aşkar edilərək maddi sübut kimi götürülüb

<www.azecology.az>

Views: 883 | Added by: kovboy555 | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2024 | Create a free website with uCoz