Çərənbə axşamı, 04.16.2024, 12:03 PMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 11
Su ehtiyatlarının mühafizəsi üzrə 211 akt və 56 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 120 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 71 iş üzrə 175430,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 114450,0 manat məbləğində iddia qaldırılmış, idarə və müəssisələrə 644 iş üzrə 408436,47 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 5 işə, məhkəməyə göndərilmiş 1 işə və MN və Mİ-na göndərilmiş 50 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür. 
Atmosfer havasının mühafizəsi üzrə 568 akt və 127 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 333 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol v ... Ardını oxu
Views: 541 | Added by: MEQO | Date: 03.11.2010 | Comments (1)

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi Respublikada aparılan sosial iqtisadi islahatların tərkib hissələrindən biridir.
Ölkə rəhbərliyinin daim ekologiya ilə əlaqədar məsələləri diqqət mərkəzində saxlaması, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesabat dövründə ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, əlavə ekoloji problemlərin yaranmasının qarşısını almaq və baş vermiş nöqsanların operativ həll olunmasını təmin etmək məqsədilə bir sıra işlər həyata keçirilmişdir.
Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf ... Ardını oxu
Views: 581 | Added by: MEQO | Date: 03.11.2010 | Comments (0)

               "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

 Son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. 

Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. ... Ardını oxu
Views: 553 | Added by: MEQO | Date: 03.11.2010 | Comments (0)



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 3075 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 869 icrası məcburi olan göstəriş verilmişdir. 
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 885 iş üzrə 1546401,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 268039,66 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 706 iş üzrə 2211844,72 manat məbləğində iddia qaldırılmış, ondan 78143,69 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 3841 iş üzrə 814500,49 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 543402,43 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 96 işdən 38-nə, məhkəmələrə göndərilmiş 149 iş ... Ardını oxu
Views: 502 | Added by: MEQO | Date: 03.11.2010 | Comments (0)

Mart ayının 10-da Ottava şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən ekoloji problemlərinə həsr olunmuş müzakirələr keçirilmişdir, Səfirliyin melumatında deyilir.

Tədbiri açan Səfir Fərid Şəfiyev 2010-cu ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda ekologiya ili elan olunduğu barədə məlumat vermişdir. Səfir həmçinin, Azərbaycanın işğal altında olan torpaqlarında ermənilər tərəfindən Azərbaycan təbiətinə ciddi ziyan vurulduğunu xüsusi vurğulamışdır.

Daha sonra, qlobal və regional ekoloji problemlər müzakirə olunmuşdur. Müzakirə çərçivəsində, kanadalı mütəxəssis Maykl Haynes qlobal ekoloji problemlərin beynəlxalq müstəvidə yaradacağı fəsadlara həsr olunmuş və kanadalı müəllif Gwenn Dyer (Qven Dayer) tərəfindən dərc olunmuş "Climate Wars" (İqlimlər Müharibəsi) kitabına diqqət yönəltmişdir. 

Tədbir iştirakçıları qlobal istiləşmə, Kyoto protoko ... Ardını oxu

Views: 509 | Added by: kovboy555 | Date: 03.11.2010 | Comments (0)

Cümə günü nazirliyin mətbuat xidmətindən Trend News-a bildiriblər ki, Qızılağac Dövlət Təbiət Qoruğunun yasaqlıq sahəsi sayılan Kiçik Körfəz ərazisində aparılan reyd zamanı qoruğun əməkdaşları tərəfindən 8 ədəd ov silahı, 130 patron, 1 ədəd motorlu qayıq, 97 ədəd axçalı balıq toru və qanunsuz yolla ovlanmış 10 baş qu quşu brakonyerlərdən götürülərək qanunamüvafiq qaydada sənədləşdirilib.
Lənkəran rayonu Qumbaşı kənd ərazisində 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə yerli polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı qanunsuz yolla əldə edilmiş çöl quşları satan vətəndaşlardan 36 baş qaşqaldaq quşu götürülüb və barələrində akt tərtib olunub. Həmin quşlar Lənkəran rayon Baytarlıq Xidmətində müayinə edildikdən sonra yandırılıb.

Sarısu, Şərbət Qobu və Zəvvar ovçuluq təsərrüfatlarında keçirilən reyd zamanı qanunsuz ov edən vətəndaşlardan 4 ədəd ov silahı, qamışlıq ərazidən isə sa ... Ardını oxu

Views: 882 | Added by: kovboy555 | Date: 03.11.2010 | Comments (0)

Copyright MAHOP © 2024 | Create a free website with uCoz