Cümə axşamı, 04.25.2024, 9:24 AMMain | Registration | Login

Site menu

Giriş formu

Axtarış

Kalendar

«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Main » 2010 » Mart » 11 » Azərbaycanın Kanadadakı Səfirliyinin himayəsi altında ekoloji problemlərə həsr olunmuş müzakirələr aparılıb
9:18 AM
Azərbaycanın Kanadadakı Səfirliyinin himayəsi altında ekoloji problemlərə həsr olunmuş müzakirələr aparılıb
Mart ayının 10-da Ottava şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən ekoloji problemlərinə həsr olunmuş müzakirələr keçirilmişdir, Səfirliyin melumatında deyilir.

Tədbiri açan Səfir Fərid Şəfiyev 2010-cu ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda ekologiya ili elan olunduğu barədə məlumat vermişdir. Səfir həmçinin, Azərbaycanın işğal altında olan torpaqlarında ermənilər tərəfindən Azərbaycan təbiətinə ciddi ziyan vurulduğunu xüsusi vurğulamışdır.

Daha sonra, qlobal və regional ekoloji problemlər müzakirə olunmuşdur. Müzakirə çərçivəsində, kanadalı mütəxəssis Maykl Haynes qlobal ekoloji problemlərin beynəlxalq müstəvidə yaradacağı fəsadlara həsr olunmuş və kanadalı müəllif Gwenn Dyer (Qven Dayer) tərəfindən dərc olunmuş "Climate Wars" (İqlimlər Müharibəsi) kitabına diqqət yönəltmişdir. 

Tədbir iştirakçıları qlobal istiləşmə, Kyoto protokolu, ətraf mühitin mühafizəsi sahəsində beynəxalq əməkdaşlığın vacibliyi və digər məsələlərə toxunmuşlar.

<www.trend.az>

Views: 510 | Added by: kovboy555 | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Copyright MAHOP © 2024 | Create a free website with uCoz