DÖVLƏT QORUQLARI
Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1974
Sahə (hektar):107
Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində
Qısa məlumat:Qoruq ərazisinin landşaft kompleksini,
xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil
edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə
örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə
tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi
ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə
qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə
aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik
temperaturu 130-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii
bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət
Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay
dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə
torpaqları inkişaf etmişdir. Dünyada çinarın 7 növü vardır.
Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq
çinarının çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki
olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı
Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır. Bəsitçay Dövlət Təbiət
Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun
qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq
çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut,
söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s.
kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta
hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Qoruğun ətraf sahələrində,
bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif
gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara
rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan
təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və
artırılması üçün diqqətəlayiq tədbirdir.
Adı: Qarayazı Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1978
Sahə (hektar):9,658
Olduğu yer: Qazax rayonunun ərazisində, Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində.
Qısa məlumat:Qoruqda məşhur Qarayazı meşələrinin
təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi
Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə
edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə
əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli
dəyişilmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə
Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə
başlanmışdır. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun
yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə
edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə
Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə
sərhədlənir. Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox
hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan
sahə təşkil edir. Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji
xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması,
bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı,
allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ
gəlməsinə şərait yaratmışdır. Kürün sahilindən uzaqlaşdıqca bitki
örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca söyüd,
böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir. Sahildən
uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Burada tuqay
meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Heyvanlar
aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə
malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu,
tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər
məskunlaşmışdır. Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir.
Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın
daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s.
suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən
bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları,
bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər
vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar
Kürün daimi sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı
heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün
əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.
Adı: Qaragöl Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1987
Sahə (hektar):240
Olduğu yer: Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində
Qısa məlumat:Xüsusi maraq doğuran yüksək dağ
göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm
hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli
əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün
istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində
böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə
yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu
iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti
ayınkı 100 –dən yuxarıdır. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək
dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Jənub hissədə
üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi
çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə
əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi,
qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları
yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və
suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb
olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə
yanüzənlərə (qammaruslar) rast gəlinir. Hal-hazırda Qaragöl qoruğunun
işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış
hazırki siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir
göstərir.
Adı: Göy-göl Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1925
Sahə (hektar):6,732
Olduğu yer: Xanlar rayonunun ərazisində, Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində.
Qısa məlumat:Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul
1965-ci il tarixli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir.
Qoruq içməli su mənbəyi kimi Göy-gölün suyunun saxlanılması və
təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının,
faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və
öyrənilməsi məqsədilə yaradılmışdır. Göy-göl qoruğunun əsas hissəsinin
relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli
yamaclar səciyyəvidir. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı
quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik
temperaturu 4-100 arasında tərəddüd edir. Kiçik Qafqazın şimal
yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri,
Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan
obyektlərindəndir. Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş
növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə,
cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər
ularıqara kərkəs,kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan
heyvanlardan ikisinin – Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur
ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göy-göldə
yaşayan və qorunan forel balığının və bir çox quşların da adı vardır.
Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki
ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ
meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə
malikdir. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven
zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyasdığı, şırımlı
topal, ağbığ, qırtıc və göstərmək olar. Qoruğun filialı kimi fəaliyyət
göstərən 392 hektarlıq Eldar Şamı sahəsinin ərazisi genişləndirilmiş və
2004-cü ildə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu
yaradılmışdır.
Adı: Qızılağac Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1929
Sahə (hektar):88,360
Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac körfəzində
Qısa məlumat:Azərbaycanda köçəri quşların daha çox
məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının
cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və
bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və
Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha
çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov
nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət
Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun
yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları
qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli
şəraiti daha da yaxşılaşdırmaqdır. Qızılağac Dövlət Təbiət Qoruğu
1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri
kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi
təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti
yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən
mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu
14,40J-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20J,
ən isti ayın orta temperaturu isə 25,50J olur. Böyük Qızılağac
körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz
yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə
edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi
və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari,
ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac
körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm,
çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye
əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin
adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz
qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu,
ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu,
çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü)
Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruqda məməlilərin
də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış
pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya
kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac
körfəzində Xəzər suitisi vardır.
Adı: İlisu Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1987
Sahə (hektar):17381,5
Olduğu yer: Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub yamacında, Zaqatala və İsmayıllı qoruqlarının arasında
Qısa məlumat:Qoruğun adı Qax rayonundakı İlisu
kəndinin adı ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay
dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan
relyefə malikdir. Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və
yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri
hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir.
İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə,
çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları
yayılmışdır. İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək
təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı,
Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını,
quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas,
zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını
bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir. Qoruğun
ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar
( nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı,
canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə
pişiyi, vaşaq), gəmiricilər( dovşan, süleysinlər, siçanlar, sincablar
və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s.
ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır;
onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin
12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i
ilanlar, 1-i isə koramallara aiddir. Qoruqdakı çaylarda çay forel
balığı yaşayır. Burada suda-quruda yaşayanların 5 (qurbağalar) növü
yayılmışdır.
Adı: İsmayıllı Dövlət Təbiət Qoruğu.
Yaradıcılığı il: 1981
Sahə (hektar):16,740
Olduğu yer: İsmayıllı rayonunun ərazisində.
Qısa məlumat:İsmayıllı Dövlət Təbiət Qoruğu Böyük
Qafqazın cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində meşə
qurşağının təbii kompleksini, xüsusilə meşə bitkilərinin qiymətli
nümunələrini, heyvanlar aləmini, onların nadir və qiymətli növlərini,
torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdirmək, həmçinin, təbii
kompleksin sabitliyini tənzimləmək məqsədi ilə yaradılmışdır. Qoruq
dəniz səviyyəsndən 600-2500 m hündürlüyündə yerləşir və iki hissədən
ibarətdir. Qoruğun əsas hissəsi dağlıq (800-2250 m) ərazidən ibarət
olan Topçu meşələrini əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq
və cənub-şərqdən Axoxçay boyunca Talıstan meşələri, cənubdan Topçu
meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay çayı ilə sərhədlənir.
Qoruğun qalan ərazisini isə Qalıncaq meşəliyi əhatə edir (600 m).
Qoruğun ərazisi meşə ilə örtülü olduğu üçün burada yalnız dağ-meşə
torpaqları,subalp çəmənlikləri ilə sərhəddə isə dağ-meşə-çəmən
torpaqları yayılmışdır. Meşələrdə əsasən fısdıq, vələs, palıd
(şabalıdyarpaq, iberiya və şərq) qismən də göyrüş, cökə, qaraçöhrə,
ağcaqayın və s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq palıd
palıd və qaraçöhrə növləri Azərbaycan Respublikasının «Qırmızı
Kitabı»na daxil edilmişdir. İsmayıllı Dövlət Təbiət Qoruğunda heyvanat
aləmi də çox zəngindir. Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib
Qafqaz maralı, ayı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot,
dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək,
ağacdələn, çobanaldadan və s. heyvan və quşlar vardır. Onlardan köpgər
və vaşaq Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil
edilmişdir.
Adı: Pirqulu Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1968
Sahə (hektar):4,274
Olduğu yer: Şamaxı rayonunun ərazisində, Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında
Qısa məlumat:Qoruğün təşkil edilməsində əsas məqsəd
eroziya proseslərinin və astrofizika rəsədxanasının fəaliyyətinə mənfi
təsir göstərən atmosferanın tozlanmasının qarşısını almaq, habelə bura
üçün xas olan tipik dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki
örtüyünün, torpağın münbit qatının qorunub saxlanılması, meşə örtüyü
sahəsinin təbii artımının təmin edilməsi, eləcə də qiymətli, nadir və
sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması,
elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin
yaradılması olmuşdur. Üstünlük təşkil edən cinslər vələs, palıd, fısdıq
ağaclarıdır. Pirqulu Dövlət Təbiət Qoruğunun ərazisi üç ayrı-ayrı
hissədən ibarətdir: Araxçın sahəsi 1600-2000 m hündürlükdə yerləşir.
Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı dağ-meşə qurşağının, qismən
də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. Meşələr
Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb
yamaclarında yayılmışdır. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə
günbəzvari Pirqulu dağında yerləşir; bu sahə əsasən orta dağ-meşə
yarımqurşağının, qismən də bozqırlaşmış dağ- çəmən landşaftının təbiəti
üçün səciyyəvidir. 3. Jəngi sahəsi aşağı dağ-meşə yarımqurşağında,
800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsasən Jəngi çayı hövzəsinin
sol (Jəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə edir.
Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz
vələsindən əmələ gəlmişdir. Bu meşələrdə qarışıq halda göyrüş,
ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və
s. ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s.
kol bitkiləri yayılmışdır. Heyvanat aləmi müxtəlif məməli və quşlardan
ibarətdir. Burada məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal,
dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq,
gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin,
sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə
təsadüf olunur. Pirqulu Dövlət Təbiət Qoruğunda Qırmızı kitablara adı
düşən məməlilərdən qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl
qartalı və s. qorunur.
Adı: Türyançay Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1958
Sahə (hektar):22488
Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində, Turyançayın sağ kənarında.
Qısa məlumat:Türyançay Dövlət Təbiət Qoruğunun
yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də
ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır.
Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan
alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim Turyançay
qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə
mülayim-isti keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol
bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı,
gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar,
murdarça, sarağan, efedra və s. inkişaf etmişdir. Türyançay Dövlət
Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan,
çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar.
İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına
tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur,
ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr,
qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və
uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı
kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf
edilir.
Adı: Zaqatala Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1929
Sahə (hektar):23844
Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında.
Qısa məlumat:Zaqatala Dövlət Təbiət Qoruğu
respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə
təşkil edilmişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında
başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı
xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini
və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii
kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur. Qoruğun
ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan
ibarətdir. Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir.
Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay
sahilləri ilə kəsilir. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf
edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə,
göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar.
Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda
4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və
2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi- tədqiqat
işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada
beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır. Qoruğun
elmi təmayülü – Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı
zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ
çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli
istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan
jenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ
çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun
bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin
məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların
biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan
əhəmiyyətlidir.
Adı: Eldar Şamı Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 2004
Sahə (hektar):1686
Olduğu yer: Samux rayonunun ərazisində
Qısa məlumat:Qoruğun yaradılmasının başlıca məqsədi
genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi
və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı
və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin
təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin
mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120
il, hündürlüyü 2-6 m, diametri 10-28 sm. Onun adı Azərbaycan
Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar
aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan,
quşlardan isə kəklik diqqəti cəlb edir. Eldar Şamı dövlət təbiət
qoruğunun zəruri infrastrukturu yaradılmışdır.
Adı: Şahbuz Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 2004
Sahə (hektar):-
Olduğu yer: Naxçıvan Muxtar Respublikasında, Batabat gölü və Biçənək aşırımı ərazilərində
Qısa məlumat:Müxtəlif torpaq tiplərinin inkişaf
tapdığı ərazidə 2899 bitki növü yayılmışdır. Bu qədər geniş
müxtəlifliyə malik bitki örtüyü olan ərazidə 285 növ faunanın
məskunlaşmasına imkan yaranmışdır. Şahbuz Dövlət Təbiət Qoruğunun su
ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat
mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan
şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə
yerləşirlər. Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1
(hövzəsinin sahəsi 0,18 km2), Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18
km2). Ümumi su tutumu təqribən 3 mln. m3-dir. Anbarın suyu əsasən
Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşır. Ərazi
flora cəhətdən çox zəngindir. Naxçıvan Muxtar Respublikasında bitən
2000-dən artıq ali bitki növlərinə burada rast gəlmək mümkündür. Şahbuz
Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün
müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan
verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı,
7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud,
acı badam və müxtəlif kollar təşkil edir. Quşlardan Şahbuz Dövlət
Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi
kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və
başqaları məskunlaşmışdır. Muxtar Respublika ərazisində məskunlaşmış
quş növlərindən 15-i «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar
Respublikasında 12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan
Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq,
çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast
gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə
sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə növünə
rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki
bataqlıqlarda və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast
gəlinir. Bundan başqa ərazidə Suriya sarımsaqiyli qurbağası, adi ağac
qurbağası, yaşıl quru qurbağası, cənubi qafqaz qurbağası və Kiçik Asiya
qurbağası qeydə alınmışdır. 2004-cü il 18 sentyabr tarixində Şahbuz
Dövlət Təbiət Qoruğunun rəsmi açılışı keçirilmişdir.
Adı: Şirvan dövlət təbiət qoruğu
Yaradıcılığı il: 1969
Sahə (hektar):-17745
Olduğu yer: Salyan və Neftçala rayonlarınının ərazisində
Qısa məlumat:Qoruq Bəndovan dövlət təbiət yasaqlığının
bir hissəsində ceyranların, su quşlarının qorunması və artırılması
məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək
25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi
təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq
ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır.
2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə
verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. Azərbaycan
Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində
Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi
6232 hektar qalmışdır.
<www.azerbaijan.az>
|